...

2 milyonluq dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

Gündəm Materials 21 Fevral 2023 18:42 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində 2 milyon manat dələduzluqda ittiham olunan Azər Əsgərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Trend-in məlumatına görə, cinayət işi hakim Səbinə Məmmədzadənin icraatına verilib. Məhkəmənin hazırlıq iclası fevralın 28-nə təyin edilib.

Zərərçəkmiş qismində Türkiyə vətəndaşları - Humeyra Genc və Hakan Doyğun tanınıb. Tekstil ticarəti ilə məşğul olan A.Əsgərov türkiyəli iş adamları ilə 2 milyonluq pul məsələsinə görə onların şikayəti əsasında tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti