...

Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti - DTX səs yazısını və görüntülərini yaydı (VİDEO)

Gündəm Materials 25 Fevral 2023 09:43 (UTC +04:00)
Azərbaycanlı "Cananə"yə aşiq olan erməni agenti - DTX səs yazısını və görüntülərini yaydı (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

İctimai Televiziyada “Baş tutmayan tələ” sənədli filmi yayımlanıb.

Trend-in məlumatına görə, filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarının Azərbaycan vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə necə əlaqə qurmalarından bəhs olunub.

Beləki filmdə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Artur Arustamyanın Azərbaycan vətəndaşı ilə əlaqə qurması və ifşa olunması əks olunub.

A.Arustamyan şərti adı Cananə olan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı ilə yazışmalara başlayır və ondan məlumatlar toplamağa çalışır.

Daha sonra isə A.Arustamyan "Cananə"yə aşiq olur və özü haqqında bir çox şeyi "Cananə"yə etiraf edib. “Baş tutmayan tələ” sənədli filmində erməni agentin səs yazısı və görüntüləri də əks olunub.

O, hətta kimliyini isbat etmək üçün Ermənistan baş naziri Nikol Paşinyanla olan iclasdan şəklini də "Cananə"yə göndərir.

Qeyd edək ki, A.Arustamyan sosial şəbəkələr vasitəsilə müxtəlif Azərbaycan vətədanşları ilə dialoqlar quraraq məlumatlar toplamağa çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti