...

Fazil Mustafaya qarşı terror işində maraqlı adlar

Gündəm Materials 3 Aprel 2023 17:23 (UTC +04:00)
Fazil Mustafaya qarşı terror işində maraqlı adlar

Bakı. Trend:

Millət vəkili Fazil Mustafaya qarşı terror işində yeni detallar ortaya çıxıb.

Trend-in məlumatına görə, məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılanlar arasında İranda gizlənərək deputat Fazil Mustafaya onu terrorla öldürəcəyi barədə təhdid ünvanlamış Hüseynov Hüseyn Ramiz oğlunun qardaşı Hüseynov Həsən Ramiz oğlu da var.

Belə ki, Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil etmişdir (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə bir müddət əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, İrandan göndərilmiş xüsusi qurğu aşkar edilib).

Məlum olub ki, Həsən Hüseynov terrorçuluğa cəhd və dövlətə xəyanət əməllərinə görə İranda gizlənən İsgəndər Hüseynovun qardaşı oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti