...

Şuşa şəhərinin bərpasının sürəti heyrətamizdir - Nuri Aksu

Gündəm Materials 8 Aprel 2023 17:42 (UTC +04:00)
Şuşa şəhərinin bərpasının sürəti heyrətamizdir - Nuri Aksu
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Şuşa. Trend:

Şuşa şəhərinin bərpasının sürəti heyrətamizdir.

Trend-in müxbirinin şənbə günü verdiyi məlumata görə, bu barədə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (TÜRKSOY) mədəniyyət və nəşrlər şöbəsinin rəhbəri Nuri Aksu bildirib.

"Azərbaycan torpaqlarının 30 illik işğalı zamanı Ermənistanın törətdiyi dağıntılar bizi çox sarsıtdı. Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir. İşğal dövründə bu şəhərin necə əziyyət çəkdiyini görmək çox məyusedicidir. Bugünkü səfərimiz bizə bu əraziləri öz gözlərimizlə görməyə imkan verdi. Burada gördüyüm təmir-bərpa işlərinin intensiv tempini nəzərə alaraq, şəhərin əvvəlki görkəminin tezliklə bərpa olunacağına əmin oldum”.

Xatırladaq ki, aprelin 8-də Türk dünyasının 2023-cü il paytaxtı - Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilib.

Bu tədbir çərçivəsində görüş iştirakçıları Şuşa şəhərinin görməli yerlərindən biri - Cıdır düzü və qala divarları ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti