Bakı. Trend:
Xəbər verdiyimiz kimi, ötən gün İran səfirliyinin 4 əməkdaşı rəsmi
Bakı tərəfindən "persona non-qrata" elan edilib. Həmin şəxslərin 48
saat ərzində ölkəni tərk etməsi tələb olunub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin İctimaiyyətlə
Əlaqələr və Sosial Media şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə
reportaj hazırlayan AzTV əməkdaşları iranlı diplomatların hələ də
Azərbaycan ərazisini tərk edib-etmədiyi ilə bağlı məlumatı əldə
etmək məqsədi ilə İran səfirliyinin önünə gəlib. Obyektivliyi təmin
etmək üçün məlumatı dəqiqləşdirmək istəyən AzTV əməkdaşları
səfirliyin tərcüməçisi olduğunu bildirən şəxsin hücumuna məruz
qalıb.
Görüntüləri sizə təqdim edirik: