Bakı. Trend:
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Bakıda yolda idarə etdiyi avtomobillə sürücülərə təhlükə yaradan tələbə ilə bağlı məlumat yayıb.
Universitetin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, Cabbarbəyli Rauf Fuad oğlu 2020-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texdnologiya fakültəsinin 342.20E saylı qrupuna 572.8 balla qəbul olub.
"Hər bir kurs üzrə smestr boyu kərsi olmayıb, qarışıq qiymətlər alıb. Ortalaması 72.62-dir. Elektron jurnalda smestrlar üzrə davamiyyət limitini keçməmişdir. Bu tələdə hal-hazırda təhsil aldığı müddətə qədər daxili nizam-intizam qaydalarını pozmayıb", - deyə məlumatda qeyd olunub.
Xastırladaq ki, dünən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texdnologiya fakültəsinin tələbəsi Cabbarbəyli Rauf Fuad oğlu Bakıda idarə etdiyi avtomobillə digər sürücülərə təhlükə yaradıb. O yol polisi tərəfindən saxlanılıb. Məlumata görə, R. Cabbarbəyli həkim nəzarətinə götürülüb.