...

Laçın yolunda quraşdırılan sərhəd-buraxılış məntəqəsinin yeni görüntüləri (VİDEO)

Gündəm Materials 24 Aprel 2023 20:33 (UTC +04:00)
Laçın yolunda quraşdırılan sərhəd-buraxılış məntəqəsinin yeni görüntüləri (VİDEO)

Bakı. Trend:

Sosial şəbəkələrdə Azərbaycanın Ermənistanla sərhəddə Laçın-Xankəndi yolunda quraşdırdığı sərhəd-buraxılış məntəqəsinin yeni görüntüləri yayılıb.

Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti