...

Sülhməramlılara aid içində ermənilər olan 2 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Gündəm Materials 25 Aprel 2023 12:12 (UTC +04:00)
Sülhməramlılara aid içində ermənilər olan 2 avtomobil Laçın yolundan maneəsiz keçib (FOTO)

Şuşa. Trend:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın yolundan Rusiya sülhməramlılarına məxsus sərnişin daşıyan avtomobildə mülki ermənilər maneəsiz keçid edib. Xankəndindən gələn 1 yük və bir şəxsi heyət daşıyan avtomobil Laçın istiqamətinə gedib

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 135 gündür davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti