...

İtkin düşmüş hərbçilərin ölmüş elan edilməsinə dair ayrılan müddət azaldılır

Gündəm Materials 30 May 2023 13:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hərbi əməliyyatlar zamanı həlak olması güman edilən şəxslərin həlak olduğunu elan etmək üçün müəyyən edilən vaxt məhdudiyyəti azaldılır.

Trend-in məlumatına görə, bununla bağlı Mülki Məcəlləyə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, hazırda bu müddət iki ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti