...

“M10” onlayn ödəniş platforması adından saxta reklamlar paylaşılır - Xəbərdarlıq

Gündəm Materials 14 İyun 2023 16:06 (UTC +04:00)
“M10” onlayn ödəniş platforması adından saxta reklamlar paylaşılır - Xəbərdarlıq
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə “M10” onlayn ödəniş platforması adından uduşlu lotereyaların keçirilməsi ilə əlaqədar saxta reklamlar paylaşılır. Vətəndaşlardan lotereyada iştirak etmək üçün “m10hediyye.com” adlı saxta veb səhifəyə daxil olaraq mobil nömrələrini, daha sonra isə nömrəyə göndərilən təsdiq kodunu yazmaları tələb olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə reklamlara etimad etməməyi və hər hansı şirkətin həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda, ilk növbədə, həmin şirkətlə əlaqə saxlamağı və yaxud şirkətin rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirmələri tövsiyə olunur.

Mobil nömrənizə göndərilən təhlükəsizlik kodunu heç kəslə paylaşmayın və şübhəli keçidlər vasitəsilə daxil etməyin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti