...

Əli Əliyev işdən çıxarılıb - QMİ

Gündəm Materials 17 İyun 2023 12:27 (UTC +04:00)
Əli Əliyev işdən çıxarılıb - QMİ

Bakı. Trend:

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

Bu barədə Trend-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti