...

Qarabağda bir nəfər də olsun erməni silahlısı qalmayacaq - Qondarma rejimin VAXTI ÇATIR

Gündəm Materials 28 İyun 2023 15:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb. Düşmənin Vaşinqton görüşü ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkldə törədilmiş təxribatdır və məqsəd sülh müqaviləsi istiqamətində ABŞ-dın dəstəyi ilə aparılan danışıqlara kölgə salmaq

Azərbaycan Ordusunun düşmənin təxribatına cavabı gecikməyib. Keçirilən “Qisas” əməliyyatı nəticəsində ilkin məlumata görə, qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edilib.

Azərbaycan tərəfinin təxribata qətiyyətli cavabı gecikmir. Buna misal olaraq Fərrux, Sarıbaba və digər əməliyyatları göstərmək olar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert, Ədalət Verdiyev bildirib ki, erməni silahlılarının növbəti təxribatlar əl atması üçün müəyyən hərəkətlənmələr və yerdəyişmələr həyata keçirilir.

O bildirib ki,düşmən tərəfdən canlanma müaşhidə olunur.

"Azərbaycanın bu məsələdə mövqeyi tam şəffafdır. Qarabağda erməni silahlıları qalmayacaq. Əgər erməni silahlıları silah təhvil verib ərazini tərk etməyib, təxribatlarına davam edərlərsə Azərbaycan əskərinə ərazimidən atəş açarlarsa o zaman bu tipli təxribatlar daha ciddi cəzalandırıla bilər. Erməni təxribatlarına Azərbaycan tərəfinin cavabı daha sərt və adekvat olacaq. Azərbaycan ərazisində bir nəfər də olsun erməni silahlısı qalmayacaq."

Ə.Verdiyev erməni silahlıları silah təhvil verib getməli ya da legitim hədəf kimi ordumuz tərəfindən məhv ediləcək.

"Bu fəaliyyətlərimizi daha əvvəl keçirdiyimiz Fərrux, Sarıbaba, Qırxqız, Buzdux və digər əməliyyatlarımızı düşmən tərəfə nümayiş etdirmişik. Erməni silahlılarının təxribatları daha çox rus kontingentinin təkidi ilə keçirdiyi şübhə doğurmur. Çünki Laçın sərhəd-buraxılış məntəqəsində ataəşkəsin pozulması və gizirimizin yaralanmasından sonra rus kontingenterməni silahlıları ilə əlaqələrini intensivləşdirib onların ölkəmizə qarşı fəaliyyətlərə istqamətləndirdiyi də istisna olunmur", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti