...

BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf etdi: Həmin sürücülərlə müqaviləyə xitam verilib

Gündəm Materials 11 İyul 2023 15:27 (UTC +04:00)
BQXK Laçın yolu ilə qanunsuz daşınmaları etiraf etdi: Həmin sürücülərlə müqaviləyə xitam verilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində onlara aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri ilə bağlı açıqlama yayıb.

Trend xəbər verir ki, açıqlamada deyilir:

"Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir. BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan
Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır.

Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti
müqavilələrə dərhal xitam verilib.

Bizim Laçın yolu boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar
fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir".

Maraqlısı burasındadır ki, Qızıl Xaç Komitəsi "icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər" açıqlaması ilə öz vəzifələrinin öhdəsindən gələ bilmədiklərini əslində bir daha bəyanatlarındakı bu hissə ilə nümayiş etdirmiş oldu:

- Çünkü bu beynəlxalq qurum emblemini asıb "humanitar" yardım apardığı avtomobildə nə daşındığını hamıdan yaxşı bilməlidir.

- Çünkü BQXK yaxşı bilir ki, icarəyə götürdükləri bu avtomobilləri idarə edən şəxslər ermənilərdir və onlar hər an istər Qarabağda, istərsə də Laçın buraxılış keçid məntəqəsində istənilən təxribatı törədə bilərlər. Ən azından bu təxribatları önləmək üçün Komitə mütləq şəkildə xoşagəlməz hadisələrdən sığortalanmaq və öz imicinə zərər vurulmaması üçün öncə seçdiyi avtomobilin kimlərə məxsus olduğunu bilməlidir, ikincisi isə o nəqliyyat vasitəsinin məhz özləri tərəfindən ciddi şəkildə yoxlanılması prosesini həyata keçirməli idi.

Bu məsələlər vaxtında, doğru şəkildə icra edilmiş olsaydı bu gün belə xoşagəlməz hal da baş verməzdi. Bu məsələdən Beynəlxalq Qızıl Xaç Komitəsinin xəbərsiz olub-olmaması məsələsinə gəlincə isə, Komitənin bəyanatı heç cürə inandırıcı görünmədi. Bu, sadəcə gözdən pərdə asmaq, öz ermənipərəst addımlarını pərdələmək üçün səsləndirilən fikirdən başqa bir şey deyil.

Xatırladaq ki, “Laçın” sərhəd buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu barədə BQXK-ya rəsmi kanallar vasitəsilə xəbərdarlıq edilməsinə baxmayaraq qanunazidd əməllər təkrar olunmuş və onların aradan qaldırılması üçün zəruri addımlar atılmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti