...

“Threads” istifadəçilərini itirir

Gündəm Materials 18 İyul 2023 12:53 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Meta” bu yaxınlarda çox gözlənilən “Twitter” rəqibi olan yeni sosial media platforması “Threads”i istifadəçilər üçün təqdim edib.

Trend-in məlumatına görə, platforma 24 saat ərzində 70 milyon istifadəçini ötməklə bütün dünyada böyük marağa səbəb olub. Daha sonra “Threads” 100 milyon istifadəçiyə çatmağı bacarıb.

Bugünkü xəbərlərə görə, platformanın şöhrəti qısa ömürlü olub. Paylaşılan yeni məlumatlar göstərdi ki, “Threads” istifadəçilərin sayında və əlaqədə sürətli bir azalma görüb. Bu azalma xüsusilə “Threads”in gündəlik aktiv istifadəçilərinin sayında baş verib.

Şirkət son günlər istifadəçi sayında 20% azalma yaşayır. Bundan əlavə, platforma istifadəçilərinin tətbiqdə keçirdikləri vaxtda da xeyli azalma müşahidə olunur. Məlumatlara görə, istifadəçilərin “Threads”də keçirdikləri vaxt 20 dəqiqədən 10 dəqiqəyə qədər azalıb.

Bütün bunlarla yanaşı “Threads” tətbiqinin ən çox yükləndiyi ölkələr də açıqlanıb. Məlumatlara görə, “Threads” yükləyənlərin 33% Hindistandandır. Braziliya 22% ilə ikinci yerdədir. Siyahının digər hissəsi 16% ABŞ və 8% Meksikadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti