...

"Threads"in aktiv istifadəçi sayı 82 faiz azaldı

Gündəm Materials 9 Avqust 2023 14:57 (UTC +04:00)
"Threads"in aktiv istifadəçi sayı 82 faiz azaldı
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“X”ə (keçmiş “Twitter”) rəqib olaraq açılan "Threads" sosial şəbəkəsinin aktiv istifadəçi sayında 82 faiz azalma müşahidə olunur.

Trend-in məlumatına görə, sosial şəbəkə günbəgün aktiv izləyicilərini itirməyə davam edir.

Qeyd edək ki, “Threads” əsası 6 iyul 2023-cü ildə Mark Zukerberq tərəfindən qoyulmuş sosial şəbəkədir. "Meta Platforms" şirkətinə məxsusdur.

Tətbiq “Twitter” və digər mikrobloq platformaları kimi işləyir: istifadəçilər mətn, şəkillər və videolar yerləşdirə və paylaşa bilər; başqalarının yazılarına cavab verə, repost edə və bəyənə bilər. Tətbiq iOS və “Android”də tam və məhdud funksionallıqla internetdə mövcuddur, tezliklə genişləndiriləcək. Sosial şəbəkə ilk 48 saat ərzində 80 milyon istifadəçiyə çatdı və daha əvvəl “ChatGPT” tərəfindən müəyyən edilmiş sürətli istifadəçi qeydiyyatı rekordunu qırdı.

Tətbiq “Instagram”a paralel işləyir: istifadəçilərin qeydiyyatdan keçmək üçün “Instagram” hesabı olmalıdır və eyni addan istifadə etmələri tələb olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti