...

Yer kürəsində günlər uzanarkən, Marsda nə baş verdiyi MƏLUM OLUB (FOTO/VİDEO)

Gündəm Materials 10 Avqust 2023 12:51 (UTC +04:00)
Yer kürəsində günlər uzanarkən, Marsda nə baş verdiyi MƏLUM OLUB (FOTO/VİDEO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

​Bakı. Trend:

NASA alimləri Marsın daha sürətli fırlanmağa başladığını və nəticədə Mars gününün qısaldığını aşkar ediblər.

Trend-in məlumatına görə, nature jurnalında dərc edilən araşdırmada Marsın fırlanmasının kütləsindəki mümkün dəyişikliyə görə sürətləndiyi və bunun da Mars günlərinin qısalmasına səbəb olduğu bildirilib.

Marsın fırlanma sürətinin hər il 4 milliarsaniyə (astronomiyada ulduzlar arasındakı məsafələri ölçmək üçün istifadə edilən bucaq vahidi) artdığı və buna görə də Marsın günlərinin saniyənin mində biri qədər qısaldığı qeyd edilib.

Bu dəyişiklikləri müşahidə edən ABŞ Aerokosmik Agentliyinin (NASA) alimləri hesab edirlər ki, Qırmızı Planetin qütblərində yığılan buz və ya buzun altındakı quru kütlələri buzlaşma dövründən sonra ifşa olunduğu zaman rebound yaşanıb.

NASA vurğulayır ki, planetin kütləsindəki bu cür dəyişikliklər planetin sürətlənməsinə səbəb ola bilər, necə ki, buz konkisürən fırlanarkən açıq qollarını bağlayan zaman fırlanma sürəti artır.

Alimlər Marsda InSight yerüstü vasitəsinin ilk 900 günlük məlumatından istifadə edərək fırlanma sürətində dəyişiklik aşkar ediblər.

Aşkarlanma InSight və NASA-nın Yerdəki nəhəng radio antenalarının beynəlxalq massivi olan “Dərin Kosmos Şəbəkəsi”nin əməkdaşlığı nəticəsində əldə edilib.

“Dərin Kosmos Şəbəkəsi” antenaları ilə InSight-a bir radio siqnal göndərildi və Marsın fırlanma sürəti avtomobilin geri göndərdiyi siqnaldakı tezlik dəyişikliklərini izləyərək təyin olundu.

Tədqiqat qrupunun rəhbəri Sebastien Le Maistre, dəyişikliyin “Marsın bir ildə qət etdiyi məsafədə cəmi bir neçə on santimetr” olduğunu ifadə etdi, “Bu dəyişiklikləri görmək belə uzun zaman və çoxlu məlumat tələb edir.” deyib.

Alimlər düşünürlər ki, InSight-ın topladığı məlumatların tədqiqi uzun illər çəkə bilər və çoxlu yeni məlumatlar əldə edilə bilər.

Günəş panelləri tozla örtüldükdə InSight ilə NASA arasındakı əlaqə kəsildi və avtomobilin missiyası 21 dekabr 2022-ci ildə dayandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti