...

Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib (FOTO)

Gündəm Materials 2 Sentyabr 2023 09:52 (UTC +04:00)
Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib (FOTO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Luna-25 kosmik gəmisi Ayın səthini zədələyib.

Trend-in məlumatına görə, Yerə çırpıldığı ərazidə kraterin (Yer kürəsi və digər nəhəng səma cismlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması) əmələ gəldiyi müşahidə edilib.

Luna-25 yerə çırpıldıqdan sonra NASA-nın müşahidə aparatı LRO (Lunar Reconnaissance Orbiter) bölgədə araşdırma aparıb. Nəticə olduqca təəccüblü olub.

Araşdırmalara görə, qəza nəticəsində Ayın səthində diametri 10 metr olan krater əmələ gəlib. Enişi gözlənilən ərazidən 400 kilometr aralıda düşən “Luna-25”lə bağlı bu açıqlama verilib:

"Yeni kraterin diametri təxminən 10 metrdir. Yeni krater Luna-25-in təxmin edilən təsir nöqtəsinə yaxın olduğu üçün LRO komandası bunun təbii təsirdən deyil, missiyadan ola biləcəyi qənaətinə gəlib".

27 iyun 2020-ci il və 24 avqust tarixlərinin fotoları bir-biri ilə müqayisə edilib. Beləliklə, kosmik gəminin yaratdığı dağıntı üzə çıxıb.

Yaranan kraterin Ayın səthində növbəti neqativ vəziyyətə səbəb olub-olmayacağı araşdırılır.

Qeyd edək ki, Rusiyanın 47 ildən sonra Aya göndərilən ilk kosmik gəmisi Luna-25 avqustun 11-də Vostoçnıy Kosmodromundan Soyuz 2.1b raketi ilə orbitə buraxılıb. Stansiya avqustun 21-dən 24-nə qədər Ayda yerə enməli olsa da, avqustun 20-si Ayla toqquşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti