...

Köhnə cinayət yeni üsulda - Ev axtaranlar, DİQQƏTLİ OLUN!

Gündəm Materials 14 Sentyabr 2023 13:30 (UTC +04:00)
Köhnə cinayət yeni üsulda - Ev axtaranlar, DİQQƏTLİ OLUN!
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sabahdan yeni tədris ili başlayır. Bu səbəbdən tələbələrin bölgələrdən geri dönüşü və tələbə adı qazananların çoxu kirayə mənzil axtarışındadır. Bu vəziyyətlə əlaqəli olaraq dələduzlar bundan sui-istifadə edirlər.

Trend-in məlumatına görə, dələduzlar müxtəlif elan saytlarında kirayə mənzil elanları yerləşdirirlər.

Sujet xətti belə gerçəkləşir: Siz elan saytından ev bəyənirsiniz və elanı qoyan şəxslə əlaqə saxlayırsınız, evi bəyəndiyinizi bildirirsiniz və elanın sahibi, yəni dələduz sizdən beh və ya bütöv kirayə haqqını istəyir ki, evi istəyən çoxdur.

Sizi inandırmaq üçün də şəxsiyyət vəsiqəsini göndərir. Əslində, təqdim etdiyi şəxsiyyət vəsiqəsi hansısa qurbanına məxsusdur. Bu və ya buna bənzər üsullarla insanlar aldadılır. Vətəndaşlardan xahiş olunur ki, ehtiyatlı olsunlar, evi görməmiş, kirayə mənzil verəni tanımamış pulu onlayn yolla ödəməsinlər.

Qeyd edək ki, bu üsul sosial mühəndislik hücumu adlanır. Sosial mühəndislik ssenari hazırlamaq kimidir. Hazırlanacaq bu ssenarinin yalnız bir məqsədi var; sistemə daxil ola bilmək üçün kifayət qədər məlumat əldə etmək. Sosial mühəndislik hücumlarında insanların zəiflikləri, qorxuları və diqqətsizliyi çox vaxt ən böyük silah olaraq istifadə edilir. Lazımi məlumatı əldə etmək, etibarınızı qazanmaq üçün dost ola bilər və hətta görüşə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti