Bakı. Trend:
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyasında elektrik enerjisinin verilişində problemlər yaranıb. Stansiyanın elektrik enerjisi ilə təmin olunmasında fasilə yaranıb.
Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, fasilə 4 dəqiqə çəkib, hazırda heç bir problem yoxdur.
"Elektrik xəttlərinə gərginlik düşməsi nəticəsində fasilə yaranıb. Qatarların hərəkəti və sərnişinlərin təhlükəsizliyi üçün hər hansı bir problem yaşanmayıb.
Stansiyada elektrik enerjisi təmin olunub və stansiya fəaliyyətini davam etdirir", -deyə o, əlavə edib.