Laçın. Trend:
Laçın sərhəd-buraxılış məntəqəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
Trend xəbər verir ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Laçın sərhəd-buraxılış məntəqəsində (SBM) şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, sentyabrın 27-də başlayan 44 gün davam edən və Azərbaycanın Ermənistan üzərində parlaq qələbəsi ilə nəticələnən Vətən Müharibəsinin başlanmasının ildönümüdür.
Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.