...

Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb

Gündəm Materials 28 Sentyabr 2023 11:38 (UTC +04:00)
Xaricdən Elektron Hökumət Portalına giriş məhdudlaşdırılıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Xarici ölkələrdən Elektron Hökumət Portalına giriş qismən məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.

Qurum müxtəlif media qurumlarında “E-Gov.az” saytına kiber hücum edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

"Məhdudiyyətin məqsədi mövcud vəziyyətlə bağlı tam rəqəmsal təhlükəsizliyin təmin edilməsi, vətəndaşlarımızın şəxsi məlumatlarının düşmənlərdən qorunmasıdır. Bu təcrübə xüsusi hallarda tətbiq edilir, yalnız müvəqqəti və önləyici xarakter daşıyır.

Hazırda Azərbaycandan olan istifadəçilər üçün Portal adi rejimdə işləyir. Vətəndaşlardan heç bir şikayət daxil olmayıb, texniki proseslərlə bağlı hər hansı gecikməyə yol verilməməsi məqsədilə davamlı monitorinqlər aparılır", - deyə agentlik bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti