...

Ozon təbəqəsindəki dəlik rekord ölçüyə çatıb

Gündəm Materials 5 Oktyabr 2023 14:05 (UTC +04:00)
Ozon təbəqəsindəki dəlik rekord ölçüyə çatıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Alimlər Antarktidada hər il əmələ gələn dəliyin rekord həddə çatdığını açıqlayıblar.

Trend-in məlumatına görə, tədqiqatçılar sentyabrın 16-da çəkilmiş peyk görüntülərindən bəzi ölçmələr əldə ediblər.

Sözügedən ölçmələr ozon təbəqəsinin incəldiyi ərazinin 26 milyon kvadrat kilometrə çatdığını göstərir.

Sentyabr ilə oktyabrın ortaları arasında nəzərəçarpacaq bir ölçüyə çatan ozon dəliyi avqust ayından başlayaraq sürətlə böyüyüb. O, ən böyük ozon dəliklərindən birinə çevrilib.

"Copernicus" Yerin müşahidə proqramına görə, stratosferdə ozon təbəqəsini məhv edən maddələrin olması və bölgənin xüsusi şəraiti səbəbindən hər il Antarktida üzərində ozon dəliyi əmələ gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti