...

“X”ə üç yeni Premium abunə seçimi gəlir

Gündəm Materials 6 Oktyabr 2023 14:21 (UTC +04:00)
“X”ə üç yeni Premium abunə seçimi gəlir
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“Twitter” və ya dəyişdirilmiş adı ilə “X”ə üç yeni Premium abunə seçimi gəlir.

Trend-in məlumatına görə, seçimlər bunlardır:

Əsas, Standart və Plus abunə seçimləri.

Əsas planda istifadəçilər müntəzəm olaraq reklamları görməyə davam edəcəklər. Standart planda “X” daha az reklam göstərəcək. Plus planı reklamsız baxışı təmin edəcək. Heç bir reklam görmək istəməyənlərin üstünlük verəcəyi “X Plus”ın qiymətinin nə olacağı hələlik bəlli deyil.

Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.

“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti