...

NASA asteroiddən götürdüyü nümunələrin nəticələrini açıqlayacaq (VİDEO)

Gündəm Materials 10 Oktyabr 2023 16:16 (UTC +04:00)
NASA asteroiddən götürdüyü nümunələrin nəticələrini açıqlayacaq (VİDEO)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

NASA 11 oktyabr “OSIRIS-Rex” kosmik gəmisinin Yerə gətirdiyi asteroid nümunəsinin nəticələrini ictimaiyyətlə bölüşəcək.

Trend-in məlumatına görə, məlumat Bakı vaxtı ilə saat 19:00-da canlı yayımla açıqlanacaq.

Yerə yaxın olan "Bennu" asteroidinin səthindən götürülmüş qaya və tozdan ibarət kapsul sentyabrın 24-də ABŞ-ın Utah səhrasındakı Müdafiə Nazirliyinin təlim zonasına düşüb və alimlər o vaxtdan bəri müxtəlif analizlər aparmaq üçün çalışırlar.

Qeyd edək ki, “Bennu” asteroidinin yaşının 4,5 milyard ildən çox olduğu təxmin edilir, yəni onun materialları Günəş sisteminin formalaşması və yerdə həyatın necə formalaşması ilə bağlı məlumatları özündə saxlaya bilər.

NASA rəsmiləri “OSIRIS-Rex”in bu qədər çox nümunə toplayacağını gözləmirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti