...

"Google" tarixin ən güclü "DDoS" hücumunun qarşısını alıb

Gündəm Materials 13 Oktyabr 2023 16:59 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

"Google" şirkəti tarixdə baş vermiş ən güclü "DDoS" hücumun qarşısını alması barədə məlumat yayıb.

Trend-in məlumatına görə, qeyd edilib ki, sözügedən "DDoS" hücum avqust ayında baş verib.

Baş vermiş "DDoS" hücum çərçivəsində 1 saniyə ərzində 398 milyon sorğu göndərilib. Bu isə keçən il qeydə alınmış "DDoS" hücum rekordundan 7.5 dəfə daha güclü "DDoS" hücum olub. Belə ki, keçənilki ən güclü "DDoS" hücum çərçivəsində 1 saniyə ərzində göndərilmiş sorğuların sayı 46 milyon təşkil etmişdi.

Müqayisə üçün qeyd etmək lazımdır ki, 2 dəqiqəlik kiberhücum zamanı bu ilin bütün sentyabr ayı üzrə "Wikipedia"da oxunmuş məqalələrin sayından daha çox sorğu generasiya edilib. Kiberhücumun son dalğası avqust ayının sonunda start götürüb və indiyə kimi davam edir.

Reallaşdırılan kiberhücum "Google servisləri", "Google Cloud" şəbəkəsi və "Google tətbiqləri" kimi böyük infrastruktur resurslarına hədəflənib. "Google" öz növbəsində yüklənmənin bərabər şəkildə paylanmasının qlobal infrastrukturu sayəsində öz servislərinin iş proseslərini stabil saxlaya bilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti