...

Bu il 709 milyondan çox zərərli keçid bloklanıb

Gündəm Materials 18 Oktyabr 2023 13:35 (UTC +04:00)
Bu il 709 milyondan çox zərərli keçid bloklanıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə “AzstateNet” dövlət şəbəkəsində 2023-cü ilin 3 rübü ərzində 709 milyon 735 min zərərli keçid yeni nəsil mühafizə avadanlıqları vasitəsilə, 4 milyon 602 min zərərverici virus mərkəzləşdirilmiş antivirus sistemi vasitəsilə bloklanıb.

Trend xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquz aylıq bülletenində qeyd olunub.

Bildirilib ki, bu müddətdə 56 min 527 virus tərkibli sənədin xüsusi mühafizə sistemləri vasitəsilə aşkarlanaraq dövlət qurumlarına göndərilməsinin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti