...

İlon Mask “X”də yenilik edəcək

Gündəm Materials 20 Oktyabr 2023 13:15 (UTC +04:00)
İlon Mask “X”də yenilik edəcək
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“X Premium” (keçmiş "Twitter Blue") tezliklə iki planda təqdim olunacaq.

Trend xəbər verir ki, bu barədə “SpaceX” şirkətinin təsisçisi İlon Mask öz “X” (keçmiş “Twitter”) səhifəsində yazıb.

Mesajda "X Premium üçün iki abunə planı tezliklə istifadəyə veriləcək" yazılıb. İlon Mask qeyd edib ki, abunənin daha bahalı versiyası daha ucuz tarifdən fərqli olaraq sosial şəbəkədəki reklamları siləcək.

Qeyd edək ki, “Twitter” və ya dəyişdirilmiş adı ilə “X” onlayn sosial şəbəkə xidmətləri təklif edən saytdır.

“Twitter” 2006-cı ilin mart ayında Cek Dorsi və Cüli tərəfindən yaradılıb. 25 aprel 2022-ci ildə “Twitter” İlon Mask tərəfindən 44 milyard dollara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti