...

Dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-si təqdim edildi

Gündəm Materials 23 Oktyabr 2023 10:08 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Buffalo şirkəti dünyanın ən kompakt ölçülü 1 TB-lıq SSD-ni təqdim edib.

Trend-in məlumatına görə, 5 qram çəkiyə sahib olan bu SSD xarici görünüşcə "mouse"lar üçün nəzərdə tutulmuş naqilsiz qəbulediciləri xatırladır.

Sözügedən kompakt ölçülü SSD SSD-PST1.0U3-BA adını əldə edib və onun ölçüləri 14.6 x 28 x 8 mm təşkil edir. Bununla belə, SSD-nin gövdəsinin böyük hissəsini USB 3.1 dəstəkli USB Type-A başlığı əhatə edir.

Şirkətin sözlərinə əsasən, kompakt ölçülü SSD dözümlülük baxımından MIL-STD-810H hərbi sertifikatına sahibdir. Ölçü baxımından üstünlüklərə baxmayaraq, SSD çalışma sürəti mövzusunda diqqəti cəlb etmir. Belə ki, onda məlumatların oxunması sürəti saniyədə 600 MB, məlumatların yazılması sürəti isə saniyədə 500 MB təşkil edir. SSD-nin qiyməti təqribi olaraq 125 dollardır (212 manat).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti