Bakı. Trend:
“SpaceX” şirkəti 2024-cü ildə kosmosa çoxlu sayda raket göndərməyi planlaşdırır.
Trend-in məlumatına görə, şirkətin keçən il reallaşdırmış kosmik uçuşların sayı ilə müqayisədə gələn il reallaşdırlacaq kosmik uçuşların sayında 136% artım olacaq.
2022-ci ildə “SpaceX” ümumilikdə 61 kosmik uçuş missiyası reallaşdırmışdı. Cari il hələ bitməsə də, şirkət artıq 74 kosmik uçuş missiyasını reallaşdırıb.
Məlumata əsasən “SpaceX” gələn il kosmosa ümumilikdə 144 ədəd raket göndərməyi planlaşdırır. Yəni hər ay 12 ədəd raket uçuşu. Şirkətin fikrincə bu, reallaşdırılması mümkün olan məqsəddir. Belə ki, şirkət gün ərzində bir neçə uçuş missiyasını reallaşdırmaq potensialına sahibdir. Məsələn bu ilin mart ayında “SpaceX” kosmosa 2 ədəd “Falcon 9” raketi göndərmişdi və onların arasında cəmi 5 saatlıq fasilə var idi.