...

Yeni metrostansiyasının ərazisində 200-ə yaxın ağac əkiləcək

Gündəm Materials 6 Noyabr 2023 15:41 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Şərti adı "B4" olan metrostansiyasının tikintisi başa çatdıqdan sonra sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllər əkiləcək.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə "Bakı Metropoliteni" QSC Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nicat Həmidov deyib

O bildirib ki, ümumi olaraq 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.

“Yaşıllıq salınacaq ərazi Bakl Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılıb”,-deyə o qeyd edib

Xəbər lenti

Xəbər lenti