...

Şirvanda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil verib

Gündəm Materials 23 Noyabr 2023 08:44 (UTC +04:00)

Bakı. Trend:

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakinləri arasında aparılan profilaktiki tədbirlər nəticəsində ötən gün ərzində 1 ədəd avtomat, 1 ədəd daraq və 45 ədəd patron, eləcə də 5 ədəd müvafiq sənədləri olmadan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti