...

NASA-dan itmiş meteoritlə bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 29 Noyabr 2023 15:07 (UTC +04:00)
NASA-dan itmiş meteoritlə bağlı XƏBƏRDARLIQ
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İlk dəfə 2007-ci ildə kəşf edilən 2007 FT3 adlı meteorit o vaxtdan bəri bir daha görünməyib.

Trend-in məlumatına görə, tapıldıqdan bir gün sonra yoxa çıxan meteorit yenidən gündəmə gəlməyə başlayıb.

Alimlərin fikrincə, sözügedən meteorit Yerə doğru gəlir.

NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi (CNEOS) asteroidin yoxa çıxdığı andan hara gedəcəyini müəyyən etməyə çalışır. Bu araşdırmalar nəticəsində NASA mütəxəssisləri asteroidin gələn il Yerlə toqquşa biləcəyini düşünürlər.

Sözügedən asteroidin dəqiq hansı istiqamətdə olduğunu müəyyən etmək mümkün olmayıb. Bu səbəbdən mütəxəssislərin dediyi toqquşma yalnız bir ehtimaldır. Ancaq asteroidin 2024-cü ilin oktyabrında Yerlə toqquşma ehtimalının təxminən 11,5 milyonda 1 olduğu təyin olunub.

Qeyd edək ki, itmiş asteroid Yerlə toqquşarsa, o, 2,6 milyard ton TNT gücündə partlayacaq. Bu təsir bir planeti məhv etmək üçün kifayət deyil. Bununla belə, o, böyük ziyan vurmaq və bütün planetə şok dalğaları göndərmək gücünə malikdir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti