...

BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar ayıracaq

Gündəm Materials 3 Dekabr 2023 14:06 (UTC +04:00)
BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar ayıracaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) su ehtiyatlarının çatışmazlığı ilə bağlı problemlərin həlli üçün 150 milyon dollar ayıracaq.

Trend-in məlumatına görə, bu barədə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransının sədrliyi bildirib.

"BƏƏ su qıtlığını aradan qaldırmaq üçün 150 milyon dollar yeni maliyyə ayırdığını elan edir", - deyə qeyd olunub. Sədrliyin qeyd edib ki, vəsait ən həssas ölkələrdə su təhlükəsizliyinin təmin edilməsi layihələrinin dəstəklənməsi üçün istifadə olunacaq.

Bundan əlavə, BƏƏ-nin Sənaye və Qabaqcıl Texnologiyalar baziri, COP28-in sədri Sultan bin Əhməd Əl Cabir bildirib ki, BƏƏ metan tullantılarının azaldılması və səmt neft qazının məşəldə yandırılması layihələrini maliyyələşdirən Dünya Bankının Etimad Fonduna 100 milyon dollar vəsait ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti