Bakı. Trend:
Sevinirəm ki, doğmalarımın, anamın, babamın, nənəmin qəbirlərini ziyarət edəcəyəm.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Mübariz Babayev deyib.
Onun sözlərinə görə, Füzuliyə qayıtdığı üçün sevincinin həddi-hüdudu yoxdur və bundan sonra vətən həsrəti ilə yaşamayacaq.
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə can-sağlığı arzulayırıq. Onun rəhbərliyi ilə ordumuz torpaqlarımız işğaldan azad edildi”, -deyə o qeyd edib.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 332 ailənin, yəni 1183 nəfərin daimi məskunlaşması təmin edilib.