Bakı. Trend:
Torpaqalarımızı işğaldan azad etdikləri üçün şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Laçın sakini Nail İsayev deyib.
Onun sözlərinə görə, bu gün o da digər laçınlılar kimi ata-baba yurduna qayıdır.
"İndiyə kimi öz gözümlə görmədiyim Laçına gedirəm. Bunun üçün çox sevincliyəm", - deyə o bildirib.
Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.