...

İsrail, HƏMAS, ABŞ və Qətər Qəzzada atəşkəs haqqında sazişi rəsmən imzalayıblar

Gündəm Materials 17 Yanvar 2025 04:46 (UTC +04:00)
İsrail, HƏMAS, ABŞ və Qətər Qəzzada atəşkəs haqqında sazişi rəsmən imzalayıblar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 16-da axşam saatlarında Dohada İsrail, Fələstinin "HƏMAS" hərəkatı, ABŞ və Qətər nümayəndələri girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişi rəsmən imzalayıblar.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, razılaşma üzrə işlər ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və Qətər və Misirdən olan vasitəçilər tərəfindən aparalıb.

ABŞ tərəfindən sazişi Brett Makqurk imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti