Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 21-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 qumbara,
33 tüfəng, 3 patron darağı və 54 ədəd müxtəlif çaplı patron aşkar
edərək götürüblər.