...

Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru (FOTO)

Gündəm Materials 22 Yanvar 2025 15:52 (UTC +04:00)
Məqsədimiz tələbələrimizin maraqlarını dəstəklədiyimizi göstərməkdir - AZMİK direktoru (FOTO)

Bakı. Trend:

Əsas məqsədimiz tələbələrimizin tədrisdən sonrakı vaxtlarını səmərəli keçirmələrini təmin etmək və onların maraq dairələrini dəstəklədiyimizi göstərməkdir.

Trend xəbər verir ki, bu sözləri UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AZMİK) direktoru Davud Davudov TurkicWorld-ə müsahibəsində bildirib.

"Sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyəti bizim tələbələrimizin əl işləridir. Təhsil müəssisəmiz iqtisad yönümlü olsa da, tələbələrimizin rəsmə və incəsənətə də olan böyük marağı və istedadı ilə qürur duyuruq. Onlar bu sahədə özlərini çox yaxşı ifadə edirlər. Biz də çalışırıq ki, onların bacarıqlarını daha yüksək səviyyəyə çatdırmaq üçün öz dəstəyimizi əsirgəməyək." - deyə o vurğulayıb.

"Düşünürəm ki, günümüzdə bir çox cinayət hallarının artmasının səbəbi gənclərin nəzarətsiz qalması və öz potensialını yönəldə biləcəkləri sahə tapmamaları ilə əlaqəlidir. Nəticədə, təəssüf ki, bəzi hallarda gənclər arasında cinayət, oğurluq kimi neqativ meyillər artmaqdadır" -deyə direktor bildirib.

Davud Davudov xüsusi olaraq, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru Elşad Əhmədova təşəkkürünü bildirib.

“Elşad Əhmədov, bizim bu təşəbbüsümüzü dəstəkləyərək , tələbələrimizin yaradıcı potensialını inkişaf etdirmək üçün lazımi şəraiti təmin edib. Hərçənd tələbələrimiz bu işləri çox böyük bacarıqla ərsəyə gətiriblər, lakin onlar akademik yanaşma baxımından müəllimlərinin tövsiyələrinə də əsaslanıblar - deyə direktor öz təşəkkürünü ifadə edib.

Bu sərgi ilə həmçinin cəmiyyətə bir mesaj vermək istədiklərini də vurğulayan direktor bildirib ki, bilinənin əksinə kollec təhsili kifayət qədər önəmlidir və heç bir halda digər təhsil müəssisələrindən geri qalmır.

“Bugünkü sərgi də bunun canlı sübutudur”-deyə o qeyd edib.

Məlumat üçün bildirək ki , bu gün UNEC nəzdində olan Maliyyə-İqtisad Kollecinin (AZMİK) tələbələrinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (ADRA) nəzdində İncəsənət Kollecində sərgisi keçirilib

Xəbər lenti

Xəbər lenti