...

Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib

Gündəm Materials 23 Yanvar 2025 16:36 (UTC +04:00)
Xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlılarla bağlı yeni layihələrə start verib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ilk növbədə xarici ölkələrdə yaşayan Qərbi azərbaycanlıların elektron bazası yaradılıb və bu sahədə iş sistemli şəkildə davam edir. Bazada Qərbi azərbaycanlıların hansı ölkələrdə yaşamaları, nə vaxt həmin ölkələrə köçmələri və çalışdıqları sahələrlə bağlı müfəssəl məlumat toplanır.

Komitə xaricdə yaşayan Qərbi azərbaycanlıların həyatı, yaşayışı ilə bağlı xüsusi verilişlərin hazırlanmasına da start verib. Həmin verilişlər Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramının xüsusi buraxılışları kimi hazırlanır və komitənin “youtube” kanalı olan Diaspor TV-də və İctimai TV-də yayımlanır. Bu günə kimi verilişlərin çəkilişləri ABŞ, Qazaxıstan, Türkiyə və bir neçə başqa ölkədə aparılıb.

Bu il xaricdə yaşayan Qərbi azərbaycanlılarla silsilə müsahibələrin hazırlanması və komitənin internet radiosu olan Diaspor FM-də də yayımlanması nəzərdə tutulur.

Xatırladaq ki, komitə 2025-ci ildə Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumunun təşkilini planlaşdırır və bu forum Qərbi azərbaycanlılarla bağlı iri layihələrdən biridir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğun olaraq Şərqi Anadoluda yaşayan soydaşlarımıza diqqətin artırılması məqsədi daşıyan forumun İğdır və Qars şəhərlərindən birində təşkil olunması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti