Bakı. Trend:
İdmançılarımızın Paris olimpiadasında qazandığı medallarının geri qaytarılması və medalların pis vəziyyətdə olması Fransa dövlətinin qeyri-peşəkarlığından xəbər verir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Asif Əsgərov komitənin bu gün keçirilən iclasında deyib.
“Fransa kimi dövlət namizədliyini irəli sürür və qəbul etdirir. Lakin buna baxmayaraq, keçirdiyi bərbad yarışlarla yaddaşlarda qalacaq”, - deyə deputat əlavə edib.
Millət vəkili qeyd edib ki, Azərbaycan idman ölkəsidir və beynəlxalq idman yarışlarına çox ciddi yanaşır.
Komitə sədri Şahin İsmayılov da mövzunun davamı olaraq çıxışında Fransada keçirilən olimpiya oyunlarına toxunub:
“Paris olimpiadası mənəvi dəyərlər, nələrinsə təbliğ olunması baxımından olimpiada tarixinin qara səhifələrindən biri kimi yadda qaldı”.