...

Paytaxtda oğurluq edən əvvəllər məhkum olunmuş 2 nəfər tutulub

Gündəm Materials 24 Yanvar 2025 11:19 (UTC +04:00)
Paytaxtda oğurluq edən əvvəllər məhkum olunmuş 2 nəfər tutulub
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonu ərazisində bir nəfərin geyim əşyası, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Əhmədov saxlanılıb.

Araşdırma zamanı onun oğurladığı bank kartı ilə alış-veriş etdiyi də müəyyən olunub.

Eyni zamanda Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti