...

Rusiya və İranda Azərbaycan əleyhinə bir sıra kampaniyalar aparılır - Deputat

Gündəm Materials 27 Yanvar 2025 12:48 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya və İranda Azərbaycan əleyhinə bir sıra kampaniyalar aparılır.

Trend xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev komitənin bu gün keçirilən iclasında deyib.

O, bəhs etdiyi kampaniyaları bəzi səbəblərlə əlaqələndirib:

“Mən düşünürəm ki, Rusiyada aparılan kampaniya Azərbaycan təyyarəsinin vurulmasından sonra yaranan situasiya ilə bağlıdır. Belə görünür ki, bu iki böyük dövlət təcrid olunduqca daxili ziddyiyyətləri başqa ölkələrə yönəltmək istəyirlər. Onlardan biri də Azərbaycandır”.

Sahib Alıyev qeyd edib ki, İranda bəzi əyalət mollaları, dini nümayəndə adı altında çıxış edən şəxlərin heç birinin dinə aidiyyəti yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti