Bakı. Trend:
Xəzər rayonunda “Chevrolet” markalı avtomobildən 1800 manatın
oğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Eminov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə evdən ümumilikdə 11250 manat dəyərində məişət əşyaları, inşaat materialları, təmir alətləri və elektrik naqili oğurlaması da müəyyən olunub.
Rayon ərazisində oxşar üsulla törədilmiş daha bir oğurluq
əməlinin üstü açılıb. Binə qəsəbəsi ərazisində “Toyota” markalı
avtomobildən mobil telefon, gödəkçə və digər əşyaları oğurlamaqda
şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum
olunmuş P.Talıbov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bir neçə avtomobildən pul, məişət
əşyası, video-qeydiyyat qurğusunu oğurlaması da müəyyən olunub.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.