Bakı. Trend:
Nəsimi rayonu ərazisində biri avtomobildən olmaqla 2 şəxsin mobil telefonlarının oğurlanması barədə polisə məlumatlar daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 67 yaşlı A.Həsənov və əvvəllər məhkum olunmuş 52 yaşlı C.Kərimov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.