Bakı. Trend:
Ötən gün qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımızı mənzil başına təhlükəsiz çatdırmaq üçün səylə çalışıblar.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyidən məlumat verilib.
"Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib. Məhz avtobus sürücülərinin peşəkarlığı sayəsində bu qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb. Yol hərəkəti iştirakçılarının avtobusların maneəsiz şəkildə sərnişin daşımlarını həyata keçirməsinə şərait yaratmasını xahiş edirik", - məlumatda qeyd olunub.
