...

Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb (FOTO)

Gündəm Materials 28 Fevral 2025 15:09 (UTC +04:00)
Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmazın icra başçısı 75 illik yubileylərini qeyd edən şairləri mükafatlandırıb.

Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 75 illik yubileylərini qeyd edən "Ulduzlar" əbədi məclisinin sədri, şair Fərzalı Qərib oğlu Həsənov və şairə Emfira Hacıbaba qızı Tağıyeva ilə görüşüb.

Yubilyarları təbrik edən icra başçısı onları xatirə hədiyyəsi və Fəxri Fərmanla təltif edib.

Fərzalı Həsənov və Emfira Tağıyeva səmimi qəbula eləcədə göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti