...

Bakıda evlərdən oğurluq edən şəxslər ələ keçib

Gündəm Materials 7 Mart 2025 12:35 (UTC +04:00)
Bakıda evlərdən oğurluq edən şəxslər ələ keçib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın ayrı-ayrı rayonlarında, eləcə də Abşeron rayonunda yerləşən 4 evdən məişət və qızıl-zinət əşyalarının oğurlanması və nəticədə zərərçəkənlərə ümumilikdə 7800 manat maddi zərər vurulması barədə polisə məlumatlar daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 41 yaşlı C.Məmmədov, 50 yaşlı A.Quliyev, əvvəllər məhkum olunmuşlar – 40 yaşlı Q.Cəfərov və 24 yaşlı M.Məmmədquliyevin müəyyən olunaraq saxlanılması təmin edilib.

Bundan başqa, Binəqədi rayonu ərazisində yerləşən sexlərin birindən 1994 manat dəyərində təmir alətlərini oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 25 yaşlı T.Zeynalov və Sabunçu rayonu ərazisində bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı A.Nuriyev mopedlə birlikdə saxlanılıb.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti