Bakı. Trend:
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Səbail rayonu ərazisində 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 10 patron tapılaraq götürülüb.
Nəsimi və Nərimanov rayonlarında isə 2 nəfər 2 avtomat silahı və 5 patronu könüllü olaraq polisə təhvil veriblər.
Araşdırmalar aparılır.