...

Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıb

Gündəm Materials 15 Mart 2025 11:03 (UTC +04:00)
Paytaxtın iki rayonunda oğurluq edən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Xəzər rayonu ərazisində bir nəfərin avtomobilindən 1900 manat pul və bank kartlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı P.Talıbov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Nizami rayonu ərazisində yerləşən evlərin birindən 970 manat pulu və 730 manat dəyərində televizoru oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Əliyevin saxlanılması da təmin edilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti