...

“Deutsche Welle”nin filmi Fransa və onun təsiri altında olan Almaniyanın Azərbaycana olan münasibətinin göstəricisidir – Deputat

Gündəm Materials 1 Aprel 2025 11:56 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Deutsche Welle” kanalında nümayiş etdirilmiş film və prezident Frank Valter Ştaynmaerin Cənubi Qafqaza səfəri çərçivəsində "İnstagram" səhifəsində nümayiş etdirilən əski parçası heç də təsadüfdən irəli gəlməyib. Bu, Ermənistanın bacısı Fransanın və onun təsiri altında olan Almaniyanın Azərbaycana olan münasibətinin göstəricisidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili vurğulayıb ki, onlar beynəlxalq hüququ və ədaləti dəstəkləsə idilər 1 milyon qaçqın və məcburi köçkünümüzün yaşadığı aci taleyi, yerlə-yeksan edilmiş 300-dən çox yaşayış məntəqəmizin məhv edilməsini televiziya kanallarında nümayiş etdirərdilər.

“Təbii ki, biz heç kimdən nə inciməli, nə də nəsə gözləməliyik. Nə qədər ədalətli niyyətdən çıxış etsək də bizə qarşı ikili standartlardan yanaşmalar davam edəcəkdir.

Ona görə də bizim yeganə yolumuz daxili və xarici düşmənlərimizə bir daha fürsət verilməməsi üçün dövlət başçımızın ətrafında birləşmək və Vətən üçün mübariz olmaqdır. Çünki ancaq güclü Azərbaycan dövləti hayların arxasında dayanaraq regiona sülhün və əməkdaşlığın gəlməsinə mane olanlara da öz ədalətli mövqeyini qəbul etdirəcək”, - deyə deputat qeyd edib.

Xəbər lenti

Xəbər lenti